Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 20 oktyabr 2021-ci il tarixində Binəqədi rayonunun ərazisində yerləşən “Azfar” MMC-nin stadionunda ASAN könüllüləri arasında 8 noyabr – “Zəfər Günü”nə həsr olunmuş mini futbol turniri keçirilmişdir. Bineqedi.info saytına verilən məlumata görə, turnirin nəticəsinə əsasən, 1-ci yeri “5 saylı Bakı ASAN xidmət könüllüləri” komandası , 2-ci yeri “2 saylı Bakı ASAN xidmət könüllüləri” komandası, 3-cü yeri “6 saylı Bakı ASAN xidmət könüllüləri” komandası tutub.
Qaliblərin mükafatlandırılması mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Kütləvi Bədən Tərbiyəsi Sektorunun baş məsləhətçisi Cəlil Əlizadə, Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev iştirak edib.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq COVID-19 virusunun qarşısının alınması məqsədi ilə sosial məsafə qorunub. İştirakçılar hərarətləri yoxlanıldıqdan sonra stadiona daxil olublar.
Bineqedi.info