Binəqədidə “Kölə” sənədli filminin təqdimat mərasimi keçirilib

0
63

Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Təkan” Tələbə Gənclərin İctimai Birliyinin birgə təşkilatçılığı ilə 31 iyul 2019-cu il tarixində “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış “Kölə” sənədli filminin təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri, filmin ideya müəllifi Elşən Hüseynov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis-polkovniki Fuad Əliyev, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov, filmin ssenari müəllifi və rejisoru Emil Lətifov, Binəqədi Rayon İcra Hakimiyyəti və Binəqədi Gənclər Evinin könüllüləri iştirak etmişlər.
Qeyd edək ki, layihənin keçirilməsində məqsəd gənclər arasında insan alveri və zorakılıq haqqında maarifləndirmə işinin gücləndirilməsidir. Tədbirin gedişatında gənclərə insan alverinin qarşısının alınması və qurbanlara kömək məqsədi ilə yaradılmış, dünyanın hər bir ölkəsindən zəngləri qəbul edən telefon “Qaynar xətt” xidməti haqqında, eyni zamanda insan alverinin potensial qurbanları arasında maarifləndirmə və təbliğat işinin təşkil edilməsi, insan alveri qurbanlarını gözləyən təhlükə, dövlət tərəfindən təmin edilən müdafiə tədbirləri, insan alverinə qarşı dövlət tərəfindən həyata keçirilən inzibati, cinayət-hüquqi və digər tədbirlər barədə məlumat verilmişdir. Tədbirin sonunda gənclərin sualları cavablandırılmışdır.

Əvvəlki məqaləBinəqədi polisləri oğurluqla məşğul olan yeniyetmələri yaxaladı
Növbəti məqalədəNazir yeni rəis müavini təyin etdi