Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialında tədbir – Foto

0
82
bineqedi-rayon-merkezlesdirilmis-kitabxana

Binəqədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 nömrəli filialında “Ana dilimizi sevirik, ana dilimizi öyrənirik” mövzusunda tədbir keçirilib.

Bineqedi.info xəbər verir ki, əvvəlcə filialın böyük kitabxanaçısı Rəxşəndə Həsənova çıxışında Azərbaycan əlifbası və Azərbaycan dili günü haqqında məlumat verib.

O, ümummilli lider Heydər Əliyevin imzaladığı 9 avqust 2001-ci il tarixli Fərmanla hər il avqust ayının 1-nin ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edildiyini vurğulayıb.

Qeyd edib ki, ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Sonda oxucular “Ana dilimizi sevirik, ana dilimizi öyrənirik” adlı sərgi ilə tanış olublar.

Əvvəlki məqaləDələduzların işi Binəqədi Rayon Məhkəməsinə verilib
Növbəti məqalədəBinəqədidə 42 yaşlı kişini tanımadığı şəxs bıçaqlayıb