Binəqədinin qəhrəman oğlu – Şəhid Əli Cabbarov

0
268
bineqedi-sehid-eli-cabbarov
Cabbarov Əli Baba oğlu 2002-ci il yanvar ayının 8-də Bakının Binəqədi qəsəbəsində dünyaya göz açmışdı.
Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi rayonu 182 saylı tam orta məktəbdə təhsil almışdı. 2019-cu ildə Bakı Humanitar Kollecinə daxil olmuşdu. O, bilik və bacarıqları, gülərüz və mərdliyi ilə kollecdə həm müəllim heyətinin, həm də tələbə yoldaşlarının dərin ehtiramını və hörmətini qazanmışdı. 2020-ci il 14 yanvar tarixində təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşmüş və Ağcabədidə yerləşən hərbi hissələrin birində xidmətə başlamış, sonra oradan isə Füzuli rayonunda yerləşən hərbi hissəyə göndərilmişdi. Əli Füzulinin və Xocavəndin azad edilməsi və düşməndən təmizlənməsi əməliyyatlarında iştirak etmiş, 27 oktyabr 2020-ci il tarixində Şuşa cəbhəsində (Şuşa şəhərinin girişində) gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Cabbarov Əli Baba oğlu 28 oktyabr 2020-ci ildə Binqədi qəsəbəsi qəbiristanlığı ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin Xiyaban kompleksində dəfn edilib.
Prezident İlham Əliyevin Sərəncamına əsasən, Əli Cabbarov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Bineqedi.info
Əvvəlki məqaləBinəqədidə 35 yaşlı şəxs intihara cəhd edib
Növbəti məqalədə8-ci mikrorayonda qonşular sürücünü belə cəzalandırdılar: Maşını düzgün saxlamadığı üçün… – FOTO