Binəqədi rayonu ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrində də 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilmiş silsilə tədbirlər keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, məktəb səviyyəsində təşkil olunan bu tədbirlər şagirdləri 20 Yanvar hadisələri haqqında daim məlumatlandırmaq, bu silinməz qan yaddaşını nəsildən-nəsilə ötürməkdən ibarətdir.
Hər bir azərbaycanlı bu gün sahib olduğu müstəqilliyin, suveren və demokratik dövlətdə yaşamağın hansı qurbanlar və mücadilələr sayəsində başa gəldiyini unutmamalıdır.
Bineqedi.info






