Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi ”12-ci sıra” ünvanında yaşayan sakinlər günlərdir ki, qaz üzünə həsrətdirlər. Onlar soyuq havalarda mavi yanacağın yoxluğunun ciddi çətinlik yaratdığını deyirlər.
Sakinlər iddia edirlər ki, yaxınlıqda uçqun baş verib və nəticədə qaz xətti zədələnib. Onların sözlərinə görə, aidiyyəti quruma müraciət etsələr də, nəticəsi yoxdur.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev məsələyə münasibət bildirib. Onun sözlərinə görə, problemin aradan qaldırılması üçün sözügedən əraziyə qurumun bir neçə əməkdaşı cəlb edilib.
Çətin vəziyyətdə qalan vətəndaşlar məsələnin qısa zamanda öz həllini tapacağına ümid edirlər. Xezerxeber.az