Xocalıya aid yeni şeir – Qisasını almışıq, Xocalı qurbanları

0
46549

Qisasını almışıq,
Xocalı qurbanları.
Yeni tarix yazmışıq,
Xocalı qurbanları.

***
Düşmənlərə çəkdik dağ,
Daha deyil həmin çağ,
Azad olub Qarabağ
Xocalı qurbanları.

***
Düşmən vəhşi düşməndi,
Eşidənlər üşəndi,
Qarabağ təmizləndi,
Xocalı qurbanları.

***
Heç zaman unutmarıq,
Nə qədər ki, biz varıq,
Daim sizi anarıq,
Xocalı qurbanları.

Müəllif: Nicat İsmayılov

 

Qisasını almışıq 

Xocalı qisasını
Alıbdır igidlərim.
Artıq Zəfər marşını
Çalıbdır igidlərim.

Xocalı soyqırımı,
Yaddan çıxmaz heç zaman.
Günahsız insanlara,
Düşmən verməmiş aman.

Alındı 44 günə,
Xocalının qisası.
Qazandığımız Zəfər,
Babaların mirası.

İgid oğullarımız,
Tarix unutmaz Sizi.
Bizə Zəfər yaşadıb,
Tarixdə qoyduz izi.

Müəllif: Nicat İsmayılov 

Əvvəlki məqaləBinəqədidə sərnişin avtobusu “KamAZ”a çırpılıb, xəsarət alan var
Növbəti məqalədəBinəqədidə polisin üstünə maşını sürərək qaçmaq istəyən narkotacir saxlandı – VİDEO