Binəqədidə Xocalı faciəsinə həsr olunmuş silsilə anım tədbirləri keçirilib – Video

0
99

Binəqədi rayonunda Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş silsilə anım tədbirləri keçirilib.

Bineqedi.info xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti, YAP Binəqədi Rayon Təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisənin təşkilatçılığı ilə inşa yazı müsabiqələri, rəsm sərgiləri, “Xocalının səsi”, “Xocalım, evimizə qayırıq!” adlı ümumrayon tədbiri, ağacəkmə aksiyası keçirilib.

Qanlı Xocalı faciəsi qurbanlarını ehtiramla yad edir, Allahdan onlara rəhmət diləyirik! Azərbaycan xalqı heç bir vaxt Xocalı faciəsini unutmayacaq!

44 günlük Vətən müharibəsində qazanılan Qələbə, Şuşada Azərbaycan bayrağının dalğalanması dünyaya göstərdi ki, biz torpaqlarımıza, Qarabağımıza qayıtmışıq! Bu qayıdış təkcə bizim haqqımızın bərpası deyil, bu, həm də Şəhidlərimizin, Xocalı qurbanlarının qisası idi.

Nəhayət ki, Şəhidlərimizin ruhu şaddır!

Bineqedi.info

Əvvəlki məqaləBu gün Xocalı soyqırımının törədilməsindən 30 il ötür
Növbəti məqalədəAzərbaycan hərbçiləri Xocalıda ermənilərə belə xəbərdarlıq etdi – Video