Binəqədi rayonunda fəaliyyət göstərən tibb müəssisələrində “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.
Bineqedi.info saytına verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejimi ilə əlaqədar olaraq tətbiq etdiyi qaydaların Binəqədi rayonu ərazisində fəaliyyət göstərən obyektlərdə təmin olunması, həmçinin əhalinin vaksinasiya barədə maarifləndirilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin nümayəndələri və aidiyyəti qurumlarla birgə mobil qruplar tərəfindən mütəmadi olaraq monitorinqlər davam etdirilir.
Bineqedi.info