Binəqədi rayon Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş şahmat turniri keçirilib.
Bineqedi.info saytı xəbər verir ki, şahmat turnirinin nəticəsinə əsasən 1-ci yeri 244 №-li tam orta məktəbin komandası, 2-ci yeri 276 №-li tam orta məktəbin komandası, 3-cü yeri 283 №-li tam orta məktəbin komandası tutub.
Turnirdə hakimlik vəzifəsini Xalidə Həsənova və Ramil İmanov yerinə yetirib.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin metodisti Fidan Həsənli iştirak edib.
Bineqedi.info







