Binəqədi Gənclər Evində şəhid atası ilə görüş keçirilib – FOTOLAR

0
59
Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə “Vətən sizi unutmayacaq!” adlı görüş təşkil edilib.
Bineqedi.info saytına verilən məlumata görə, görüş Vətən müharibəsi Şəhidləri Bəhrəm və İman Məmmədzadənin valideyni Elman Məmmədovla keçirilib.
Görüşdə Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və gəncləri iştirak edib.
Tədbir müddətində şəhidlərimizin atası Elman Məmmədov Bəhrəm və İmanın vətən sevgisindən, necə mübariz olduğundan danışıb.
Verilən sualları ətraflı cavablandıran şəhidimizin atası, sonda gənclərlə birlikdə xatirə şəkli çəkdirib.
Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan Bəhrəm və İman Məmmədzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Bəhrəm və İman Məmmədzadə noyabrın 1-də Qırmızı Bazar döyüşləri zamanı şəhid olublar.
Bineqedi.infoBir 17 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Bir 3 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilir
Bir 1 kişi, oturuyor ve iç mekan görseli olabilir
Bir 11 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 6 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 2 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 13 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilir
Əvvəlki məqaləBinəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Zəfər turnir”i keçirilib
Növbəti məqalədəBakıda yeni möhtəşəm parkın açılışı oldu – Prezident yaradılan şəraitlə tanış olub