Binəqədidə fəaliyyət göstərən musiqi məktəbinin konserti keçirilib – FOTOLAR

0
103
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Binəqədi rayonunda fəaliyyət göstərən M. Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbinin Dünya şöhrətli mügənni və bəstəkar Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş “Ey əziz anam, Azərbaycan!” adlı konserti keçirilib. Konsertdə məktəbin beynəlxalq və respublika müsabiqələr laureatı olmuş şagirdləri və müəllim heyəti unudulmaz sənətkar Müslüm Maqomayevin repertuarından olan əsərləri səsləndirib.
Bineqedi.info saytına verilən məlumata görə, konsertdə Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Musiqi təhsili və incəsənət sektorunun mudiri Bətulə Məmmədəliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, DOST Agentliyinin İdarə Heyəti sədrinin müavini Seymur Alıyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə heyətinin sədri Şahin Seyidzadə, musiqi və incəsənət məktəblərinin direktorları, incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə eyni zamanda Müslüm Maqomayevin həyatından bəhs edən videoçarx və foto-stendlər nümayiş etdirilib.
Bineqedi.info
Bir 10 kişi ve ayakta duran insanlar görseli olabilirBir 6 kişi, müzik enstrümanı çalan insanlar ve iç mekan görseli olabilirBir 12 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 7 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 6 kişi, ayakta duran insanlar, müzik enstrümanı çalan insanlar ve iç mekan görseli olabilirBir 8 kişi, ayakta duran insanlar, müzik enstrümanı çalan insanlar ve iç mekan görseli olabilirBir 7 kişi, ayakta duran insanlar, müzik enstrümanı çalan insanlar ve iç mekan görseli olabilirBir 7 kişi, müzik enstrümanı çalan insanlar ve iç mekan görseli olabilirBir 9 kişi, oturan insanlar, ayakta duran insanlar ve iç mekan görseli olabilirBir 10 kişi ve ayakta duran insanlar görseli olabilir
Əvvəlki məqaləNazir: “Yaşı 40-dan yuxarı olan şəxslər üçün meymunçiçəyinin qorxusu yoxdur”
Növbəti məqalədəBinəqədidə qətl törətməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır