Baş Prokurorluqdan FHN-də yayılan intim görüntülərlə bağlı RƏSMİ AÇIQLAMA

0
104
bas-prokurorluq-bina
Baş Prokurorluq Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarının intim videoları ilə bağlı məlumat yayıb.
Bineqedi.com saytının məlumatına görə, qurumun Mətbuat Xidmətindən bildirilib ki, bir sıra media və sosial şəbəkə səhifələrində FHN-in bir neçə əməkdaşının intim xarakterli video və fotoları yayılıb.
Qeyd edilən və digər oxşar məzmunlu faktlarla bağlı hazırda Baş Prokurorluq tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq araşdırmalara başlanılaraq aidiyyəti dövlət qurumlarına müvafiq sorğular verilməklə zəruri prosessual hərəkətlər yerinə yetirilir.
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir.
“Azərbaycan Baş Prokurorluğu bir daha sosial şəbəkə istifadəçiləri və media nümayəndələrinə müraciət edərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsinə, insanların şərəf və ləyaqətini alçaldan ifadələrə yol verməməyə çağırır”, – məlumatda qeyd edilib.
Bineqedi.com
Əvvəlki məqaləBinəqədidə 5 yaşlı uşağı avtomobil vurub
Növbəti məqalədəQarabağda ermənilər tərksilah olunur – Quldur dəstələrdən ağır silahlar alınır