Qəsəbə sakinlərinin səyyar qəbulda qaldırdıqları məsələlər həllini tapdı – FOTOLAR

0
121
xocasen-qesebe-yol-cekilisi-bineqedi-foto.png

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu zamanı qəsəbə sakinlərinin etdikləri daha bir müraciət həllini tapıb. Bineqedi.com saytı xəbər verir ki, qəsəbə sakinləri E. Sultanov adına 217 nömrəli tam orta məktəbin qarşısında yol nişanlarının quraşdırılmasını Elxan Allahverdiyevdən xahiş etmişdilər.

Məsələ ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə Bakı Nəqliyyat Agentliyinə müraciət edildikdən sonra məsələ öz müsbət həllini tapıb.

Sözügedən qəbulda edilən daha bir müraciət də həll olunub. Belə ki, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Xocəsən qəsəbə sakinləri ilə səyyar qəbulu zamanı qəsəbə sakinlərinin Bələdiyyə küçəsində yağış sularının axıdılması məqsədilə drenaj sisteminin quraşdırılması ilə bağlı müraciəti aidiyyəti üzrə Binəqədi Rayon Sukanal İdarəsinə verilən tapşırığa əsasən öz müsbət həllini tapıb.

Bineqedi.com

Bir 5 nəfər, səma, küçə və yol şəkili ola bilər

Bir 3 nəfər, küçə və yol şəkili ola bilərBir açıq hava şəkili ola bilərBir açıq hava şəkili ola bilərBir su kütləsi şəkili ola bilərBir 1 nəfər və açıq hava şəkili ola bilər

Əvvəlki məqaləBinəqədidə Anım Gününə həsr olunmuş mini futbol turniri keçirilib – FOTOLAR
Növbəti məqalədəCeyhun Bayramov yenidən Mirzoyanla görüşəcək?