Binəqədi rayonu, xüsusilə Biləcəri, Xocəsən, Binəqədi qəsəbələri və Ramiz Aboyev adına istirahət parkı ərazisində həftə ərzində təmizlik, iməcilik mütəmadi şəkildə davam etdirilib.
Bineqedi.com saytına verilən məlumata görə, rayon ərazisində mərkəzi və qəsəbədaxili yollar təmizlənib, həmçinin mövcud yaşıllıqlara xüsusi diqqət göstərilib, yabanı otlar təmizlənib və ətraf ərazidə təmizlik işləri aparılıb.
Eyni zamanda məişət tullantıları üçün nəzərdə tutulmuş konteynerlər və ətrafı təmizlənib, park ərazilərində, oturacaqlarda dezinfeksiya işləri aparılıb.
Görülən işlərdən fotoları təqdim edirik.
Bineqedi.com