Millət vəkilimiz Azay Quliyev Binəqədi rayonu 6-cı mikrorayon S. Məmmədova küçəsi, 207, 209, İ. Həşimov küçəsi, 6a, 8 və Ü.Hacıbəyov küçəsi, 2a, 4, 6 saylı binaların həyətində seçicilərlə növbəti dəfə görüşünü keçirib.
Bineqedi.com saytına verilən məlumata görə, millət vəkilimiz görüşdə seçiciləri narahat edən problemlərlə ətraflı tanış olub və müvafiq qurumların iştirakı ilə qaldırılan məsələlərin bir çoxu yerində həll edilib.
“Görüşdə iştirak edərək seçicilərin üzləşdikləri problemlərin həllinə kömək edən Binəqədi Bələdiyyəsinin sədri Mürsəl Eminova, Binəqədi rayon İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəsi Dilbər Şükürovaya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin 2 saylı Binəqədi və Nərimanov rayon şöbəsinin müdiri Cahandar Axundova, “Azərsu ASC”-nin Binəqədi rayon idarəsinə və digər aidiyyəti qurumların nümayəndələrinə təşəkkür edirəm”,-deyə Azay Quliyev bildirib.
Bineqedi.com