Binəqədidə şəhidlərimizin anım mərasimləri keçirildi – FOTOLAR

0
53
bineqedi-sehid-anim.png
23 oktyabr 2022-ci il tarixində Vətən müharibəsi şəhidləri – çavuş, hərbi feldşer Arəstə Kərim qızı Baxışova və əsgər Rövşən Kazım oğlu Hüseynovun şəhadətlərinin ikinci ildönümü ilə bağlı məzarları ziyarət olunub və ehsan mərasimində iştirak edilib. Həmçinin 2022-ci il sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhid olan hərbi qulluqçular – Vadim Alik oğlu Qocayev və Amin Rasim oğlu Qəfərlinin 40 mərasimi ilə əlaqədar ehsan mərasimində iştirak edilib.
Bineqedi.com saytı Rayon İcra Hakimiyyətinə istinadən xəbər verir ki, anım mərasimində şəhidlərimizin ailə üzvləri və yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, xüsusi xidmət orqanlarının, icra nümayəndəliyinin, bələdiyyələrin rəhbərləri və rayon ictimaiyyəti iştirak edirdilər.
Mərasimdə şəhidlərimizin ruhuna dualar oxundu, məzarı üzərinə əklil və tər güllər düzüldü.
Mərasimdə şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev qeyd etdi ki, Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın yağı düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən övladları bu müqəddəs savaşın əbədiyyətədək yaşayacaq qəhrəmanlarıdır.
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd etdi, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı dilədi. Qəhrəman əsgər və zabitlərimizlə bütün xalqımızın qürur duyduğunu qeyd etdi.
Mərasimlərdə xatirələrini bölüşən şəhid valideynləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Bineqedi.com
Bir 6 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 5 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 6 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 7 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 9 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 14 nəfər, ayaqüstə duran insanlar, ağac və açıq hava şəkili ola bilərBir 5 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 15 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 10 nəfər, oturan insanlar, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilərBir 6 nəfər, ayaqüstə duran insanlar, içəridə və bunu deyən yazı "Hüseynov Rövşan Kazın RövşanKazım oğlu 21.08.1995-23.10.2020 21.08.1995- -23.10.2020" şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və mətn şəkili ola bilər
Əvvəlki məqaləXİN: “Ermənistana təzyiq göstərilməlidir”
Növbəti məqalədəRusiya ilə İran arasında GİZLİ RAZILIQ?