Ulu öndərin irsinin öyrədilməsi ilə bağlı dərslərin keçirilməsinə start verilib – FOTOLAR

0
108
ulu-onderin-irsinin-oyrenilmesi-ders-ya-bineqedi.png
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif şagirdlərinin iştirakı ilə keçirilən Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı dərslərə start verilib.
Bineqedi.info saytı xəbər verir ki, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatında keçirilən ilk dərsdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, İdarənin İnkişaf layihələri sektorunun müdiri Günay Qurbanova, İdarənin əməkdaşları, həmçinin məktəb direktorları və müəllimlər iştirak ediblər.
Tədbir başlamazdan öncə qonaqlar Heydər Əliyevin büstünü ziyarət ediblər. Dərs Ulu Öndərin və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov giriş nitqi ilə çıxış edib. Vüsar İsmayılov Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsinin əhəmiyyətindən bəhs edib.
BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, “Zəfər:ərazi bütövlüyümüz və milli qürurumuzun bərpası” mövzusunda məruzə ilə çıxış edib. Hüseyn Əsgərov Azərbaycanın sosial-iqtisadi qüdrətə malik güclü dövlət olmasını təmin edən Ümummilli liderin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Natiq məktəblilərin bu dərslərin şagirdlərin milli-mənəvi dəyərlərə malik, sağlam əqidəli, vətənpərvər, müasir dünyagörüşlü şəxsiyyət kimi formalaşmasına, yetkin vətəndaş kimi müstəqil həyata hazırlanmasına xidmət baxımından olduqca xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, dərslər 2022-2023-cü tədris ilinin sonuna kimi davam edəcəkdir.
Bineqedi.info
Bir 9 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 12 nəfər, ayaqüstə duran insanlar və açıq hava şəkili ola bilərBir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 3 nəfər, ayaqüstə duran insanlar və içəridə şəkili ola bilər
Əvvəlki məqaləBinəqədidə narkomaniya əleyhinə maarifləndirici tədbir keçirildi – FOTOLAR
Növbəti məqalədəİlham Əliyev nə dedi ki, Rusiya ələ-ayağa düşdü? – ŞƏRH