“1 manatlıq” taksilərin yaratdığı problemlərdən necə xilas olaq?

0
56
kamaz-qeza

“Bakıda qanunsuz sərnişindaşıma vasitələrinin mövcudluğu və onların yaratdığı mənzərə leqal sərnişindaşımalara ciddi maneə törədir”.

Bineqedi.com xəbər verir ki, bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

O qeyd edib ki, sərnişinlərin “1 manatlıq” taksilərdən istifadəsi yollarda xaotik vəziyyət yaradır: “”20 Yanvar” və “Koroğlu” metrostansiyaları istiqamətində hər gün axşam və səhər saatlarında xaotik vəziyyət müşahidə olunur. Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bakının müxtəlif kəndləri istiqamətində hərəkət edən avtobuslar var. Amma insanlar metrodan çıxıb müəyyən bir məsafəni qət edərək həmin mübadilə mərkəzinə getmək istəmir və “1 manatlıq” taksilərdən və ya digər qanunsuz sərnişindaşıma vasitələrindən istifadə edir. Nəticədə həm yolda xaotik vəziyyət baş verir, həm daşıyıcı sərnişin itirir. Daşıyıcı sərnişin itirəndə də onun gəlirləri azalır. Elə görünür ki, həmin ərazidə avtobus yoxdur. Əslində isə belə deyil. Həmin sərnişinlər Nəqliyyat Mübadilə Mərkəzinə yönəlsə, onları daşımaq üçün avtobus da olacaq. Bu gün Bakıda istehsalat bazalarında kifayət qədər avtobus var”.

M. Ağayev əlavə edib ki, bəzi hallarda qanunsuz sərnişindaşıma vasitələri dayanacaqların ətrafında süni tıxac halı yaradır ki, avtobusların o məntəqələrə giriş-çıxışında çətinlik olur. Nəticədə sərnişinlər həmin “1 manatlıq” taksilərdən istifadə edirlər.

Ölkədə ümumi 1 milyon 700 minə yaxın avtomobil var. Onlardan 80 faizdən artığı Bakıdadır. Paytaxt ərazisində ən çox qayda pozulması dayanma və durma ilə bağlıdır.

Bunu xüsusi avtobus zolaqları ilə bağlı mətbuat konfransında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

O qeyd edib ki, bunlar daha çox səkilərin, piyada zolaqlarının, avtobus dayanacaqlarının tutulması ilə bağlıdır: “Hələ də avtobus zolaqlarına istədiyinmiz qədər məsuliyyətli münasibət yoxdur. Bu cür qayda pozuntuları kamera görüntüləri ilə araşdırıllr və hır birinə hüquqi qiymət verilir. Yanvar ayından bu yana 11 ay ərxində Bakıda İXM-nin 327.1 maddəsi – nişanın tələblərinin pozulmasına görə 40 mindən çox protokol tərtib olunub”.

Əvvəlki məqaləOğul dərdinə dözməyən şəhid atası vəfat etdi – Məkanın cənnət olsun, Elman Əzizov
Növbəti məqalədəBaş Prokurorluq “Tərtər işi” ilə bağlı məlumat yaydı