Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şuşa Dövlət Musiqili Dram Teatrında 1990-cı il 20 Yanvar faciəsinin otuz üçüncü ildönümünə həsr olunmuş “Yanvarın 20-ci Günü” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Bineqedi.com saytı xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrinin şagirdləri, ali və orta ixtisas peşə təhsili müəssisələrinin tələbələri iştirak edirdilər.
Bineqedi.com






















