Binəqədi məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib – FOTOLAR

0
179
bineqedi-resm-musabiqe-20-yanvar.png
20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq salnaməsidir” mövzusunda Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, Binəqədi rayon Gənclər və İdman İdarəsi və 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirin məqsədi 20 Yanvar faciəsinin 33-cü ildönümünün yad edilməsi, böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, Azərbaycan tarixinin təbliği və istedadlı şagirdlərin inşa-yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılması olub.
Müsabiqəyə Binəqədi rayon orta ümumtəhsil məktəblərindən qatılmış iştirakçılar sulu, yağlı boya, kömür və sadə qələmlə öz qabiliyyətlərini kağıza köçürmüşlər. Sonda münsiflər tərəfindən qalib yerlər və fərqlənən iştirakçılar müəyyənləşdirilib.
Müsabiqənin nəticələrinə görə 313 nömrəli tam məktəbdən Qasımova Gülbəniz – I yer, 6 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi Publik Hüquqi Şəxsin rəsm dərnəyinin üzvü Ağayeva Aysu – II yer, 299 nömrəli məktəb-liseydən Hüseynli Sadiq – III yerə layiq görülüb. Digər iştirakçılara fərqlənmə diplomları təqdim olunub.
Bineqedi.com
Bir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərBir 2 nəfər və ayaqüstə duran insanlar şəkili ola bilərŞəkilin açıqlaması yoxdur.Bir 2 nəfər və içəridə illüstrasiyası ola bilərBir 1 nəfər şəkili ola bilərBir 7 nəfər və içəridə şəkili ola bilərBir 1 nəfər incəsənəti ola bilərBir 2 nəfər və içəridə illüstrasiyası ola bilərBir 3 nəfər və içəridə illüstrasiyası ola bilərBir 1 nəfər incəsənəti ola bilərBir 2 nəfər illüstrasiyası ola bilərBir 1 nəfər və uşaq illüstrasiyası ola bilərBir 2 nəfər incəsənəti ola bilər
Əvvəlki məqaləBinəqədi rayonunda 20 Yanvar şəhidləri anılıb – FOTOLAR
Növbəti məqalədəBakıda oğurlandığı iddia edilən azyaşlı qızın atası danışdı