Binəqədidə uşaqlar mağazanı belə soymaq istədilər – ALINMADI – VİDEO

0
141
bineqedi-rayon-yol-temir.png

Bakıda soyğunçuluğa cəhd edilib.

Bineqedi.com bildirir ki, big.az-a daxil olan şikayətə əsasən, oğrular gecə saat 2-3 radələrində Binəqədi rayonu, Ziya Bünyadov prospektində, 9 və 11-ci binanın həyətində yerləşən “Yaşıl market”in qapısını qırıblar.

Lakin qırılan qapının arxasında böyük soyuducular olduğundan onlar içəri daxil ola bilməyiblər. Yan tərəfdəki əsas qapının dəmir jalüzlərini də qıra bilməyən soyğunçular məqsədlərinə çatmadan məkandan uzaqlaşıblar.

Müşahidə kamerası vasitəsi ilə çəkilən videodan göründüyü kimi, hadisə azyaşlılar tərəfindən törədilib.

Aidiyyəti qurumların tədbir görməsi xahiş olunur.

Cinayət anının əks olunduğu kadrları təqdim edirik.

Bineqedi.com

 

Əvvəlki məqaləBakıda oğurlandığı iddia edilən azyaşlı qızın atası danışdı
Növbəti məqalədə“Yanvarın 20-ci Günü” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib – FOTOLAR