Vətən müharibəsi şəhidi Murad Məmmədlinin xatirəsi yad edilib – FOTOLAR

0
117
bineqedi-sehid-anim.png

Vətən müharibəsi şəhidi Məmmədli Murad Teymurşah oğlunun doğum günü münasibətilə şəhidin məzarı ziyarət olunub.

Bineqedi.com saytı xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri və yaxınları, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, RİH Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Füzuli Mehrabzadə, Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü İlham Qayıbzadə və rayon ictimaiyyəti iştirak ediblər.

Şəhidlərimizin əziz xatirəsini yad edərək onların valideynlərinə və yaxınlarına ehtiramını bildirən Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova qeyd edib ki, 2020-ci ilin 27 sentyabr tarixində başlayan və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən Müharibəsində şəhidlərimiz əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı, cəsarəti, möhkəm iradəsi və ruhyüksəkliyi sayəsində erməni işğalçılarnı ölkəmizdən qovaraq vətənimizin bütövlüyünü bərpa etdilər. Onlar öz həyatlarını Vətəni, torpağı, milləti, dövləti üçün heç düşünmədən fəda edənlər və doğma Azərbaycanımıza ən yüksək səviyyədə xidmət göstərənlərdir. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş oğullarımızın adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim üçün unudulmazdır”.

Anım tədbirində övladı ilə bağlı xatirələrini bölüşən şəhidin anası övladının qəhrəmanlığından qürur hissi keçirdiyini, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürünü və minnətdarlığını bildirib.

Bineqedi.com

Bir 2 kişi, çiçek ve açık hava görseli olabilirBir 10 kişi, ayakta duran insanlar, çiçek ve açık hava görseli olabilirBir 10 kişi, ayakta duran insanlar, anıt ve açık hava görseli olabilirBir 5 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 11 kişi, ayakta duran insanlar, çiçek ve açık hava görseli olabilir

Əvvəlki məqaləBinəqədidə 40 yaşlı qadını avtomobil vurub
Növbəti məqalədəQərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə müraciəti BMT sənədi kimi yayılıb