Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş şahmat turniri keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, turnirin nəticəsinə əsasən, 1-ci yeri “Zəfər” komandası, 2-ci yeri “Cəsarət” komandası, 3-cü yeri “Hünər” komandası tutub.
Turnirdə hakimlik vəzifəsini Ramil İmanov yerinə yetirib.
Qaliblərin mükafatlandırılması mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Quliyev iştirak edib.
Bineqedi.com































