Bineqedi.com saytında yeni rubrika – “Öyrənək, öyrədək”

0
127
pozitiv-neqativ-ugurlu-insan-bineqedicom

Günümüzdə bir çox insanlar şəxsi inkişafın, pozitiv olmağın yollarını axtarırlar və bunu necə edəcəklərini bilmirlər.

Fikrimizcə, bunun ən yaxşı çıxış yolu məsləhəti bu işi bilənlərdən, yəni mütəxəssislərdən öyrənməkdir.

Bütün bunları nəzərə alaraq, Bineqedi.com saytı “Öyrənək, öyrədək” adlı yeni rubrikaya start verir.

Rubrika çərçivəsində şəxsi inkişaf, özünüinkişaf, pozitiv düşüncə və digər mövzularda istər yerli, istərsə də, xarici mütəxəssislərin məsləhət və ya maarifləndirici xarakterli videolarını təqdim edəcəyik.

Rubrika çərçivəsində təqdim edəcəyimiz ilk video “10 addımda pozitiv – Yeni bir insana çevril” adlı video olacaq.

Videonun insanların maariflənməsi baxımından vacib rol oynayacağına inanırıq.

Rubrika çərçivəsində digər maraqlı mövzuları da qarşıdakı aylarda təqdim edəcəyik.

Bineqedi.com

Əvvəlki məqaləYAP Binəqədi rayon təşkilatının sədri: “Macarıstanla əlaqələrimiz sağlam təməllərə dayanır”
Növbəti məqalədəElxan Allahverdiyevin M. Ə. Rəsulzadə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTOLAR