Binəqədidə ərəb turist vəfat edib – VİDEO

0
154
tikinti-olum-qetl

Bakıda ərəb turist vəfat edib.

Bineqedi.com saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 06 radələrində baş verib. 1969-cu il təvəllüdü, Küveyt vətəndaşı Ali Alshemali Nəcəf oğlu Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən “Baku Music Hall” gecə klubunda olarkən özünü pis hiss edib.

Belə ki, qardaşının ailəsi və öz xanımı ilə birlikdə yemək yeyən zaman onun səhhəti pisləşib və restoranın tualetinə gedib. O, sanitar qovşaqda qəfil vəfat edib.

Hadisə yerinə təcili tibbi yardım briqadası dəvət edilsə də, Ali Alshemali Nəcəf oğlunun dünyasını dəyişdiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır.

 

 

Əvvəlki məqaləGözlənilən hava ilə bağlı əhaliyə xəbərdarlıq edildi – Müraciət
Növbəti məqalədəBineqedi.com-un “Öyrənək, öyrədək” rubrikasında yeni VİDEO – “Bir daha özünlə belə danışma – 14 qayda”