Ceyhun Bayramov: “Onlayn diplomatiya sülh müqaviləsi üzrə danışıqlarda səmərəli üsul deyil” – VİDEO

0
124
ceyhun-bayramov-lavrov.png

“Azərbaycan Ermənistanla sülh sazişi üzrə danışıqlarda onlayn diplomatiyanı ən səmərəli üsul hesab etmir”.

Bineqedi.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

“Azərbaycan üçtərəfli bəyanatların prinsiplərinə tam riayət edilməsinin tərəfdarıdır”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Xankəndi-Laçın yolunda etirazların əsas səbəbi Ermənistanın üçtərəfli bəyanatın bəndlərini, yəni humanitar məsələlərlə bağlı bəndləri pozması olub: “Etirazlar başlayanda isə Ermənistan bununla və yol təhlükəsizliyi məsələsi ilə heç bir əlaqəsi olmadığını bəyan edərək bütün məsuliyyəti Azərbaycan və Rusiyanın üzərinə atmağa çalışırdı”.

Nazir qeyd edib ki, Ermənistan paralel olaraq yolda vəziyyətlə bağlı təhrif olunmuş məlumatları fəal şəkildə təbliğ edir və bu vəziyyət ətrafında ajiotaj yaratmağa çalışır, eyni zamanda bu məsələ ilə bağlı danışıqlardan imtina edir: “Azərbaycan yolda baş verən etirazların Qarabağda yaşayan ermənilər üçün hər hansı humanitar nəticələrə səbəb olmaması üçün əlindən gələni edir. Bütün çətinliklərə baxmayaraq, Azərbaycan üçtərəfli bəyanatlara və digər razılaşmalara tam əməl etmək mövqeyindədir”.

“Azərbaycanla Rusiya arasında müttəfiqliklə bağlı əməkdaşlığın dərinləşməsi bütün regiona müsbət impuls verəcək”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib.

S.Lavrov qeyd edib ki, ölkələr siyasi, iqtisadi və ticari əməkdaşlığı fəal şəkildə inkişaf etdirir: “Belə ki, ilin sonunda ticarət dövriyyəsinin rekord həcmdə olacağı, həmçinin yanacaq və bir sıra digər sahələrdə əməkdaşlığın artacağı gözlənilir”.

Onun sözlərinə görə, tərəflər həmçinin “Şimal-Cənub” layihəsi çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər.

Rusiya XİN rəhbəri əlavə edib ki, Rusiya Azərbaycanın postmünaqişə dövründə inkişafına bundan sonra da müsbət təsir göstərməyə hazırdır.

“Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqların təşkilinə kömək etməyə hazırdır, lakin öz xidmətlərini təkidlə təklif etməyəcək”.

Onun sözlərinə görə, Azərbaycan tərəfi buna hazır olduğunu bildirib, Ermənistan tərəfi isə etiraz etmir, lakin hələlik yekun razılıq vermir”.

“Biz Ermənistan və Azərbaycan arasında belə görüşlərin davam etdirilməsi üçün imkanlar yaratmağa hazır olduğumuzu bir daha təsdiqlədik”, – Lavrov mətbuat konfransında deyib.

Əvvəlki məqaləDYP əhaliyə müraciət etdi – 1-3 mart tarixlərində şəhərin mərkəzində ictimai nəqliyyatdan istifadə edin
Növbəti məqalədə3 dəfə əlavə maaş kimlərə veriləcək – SİYAHI