Binəqədidə Corce Eneskunun adını daşıyan parkda dahi bəstəkarın abidəsi ziyarət edilib – FOTOLAR

0
157
bineqedi-rumin-bestekar.png
Azərbaycanda səfərdə olan Rumıniya Parlamentinin Deputatlar Palatasının sədri İon-Marçel Çolakonun başçılıq etdiyi nümayəndə heyəti Binəqədi rayonunda rumın bəstəkarı, skripkaçı, dirijor və mahir musiqiçi Corce Eneskunun adını daşıyan parkda dahi bəstəkarın abidəsini ziyarət edib.
Bineqedi.com saytına verilən məlumata görə, ziyarət zamanı görkəmli rumın bəstəkarı Corce Eneskunun abidəsi önünə əklil qoyularaq çiçəklər düzüldü və xatirəsi ehtiramla yad edildi.
Qonaqları salamlamaqdan məmnunluğunu bildirən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev iki ölkə arasında olan dostluq münasibətlərindən, ölkələrimizin müxtəlif sahələrdə sıx əməkdaşlığından, xalqlarımızın bir-birinin mədəniyyətinə və ənənələrinə hörmətlə yanaşmalarından söhbət açdı. Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, 2006-cı ildə rumın bəstəkarı Corce Eneskunun xatirəsinə salınan park yenidən qurularaq sakinlərin asudə vaxtlarının təşkili üçün istifadəyə verilib. Hər il dahi bəstəkarın adını daşıdığı parkda Rumıniyanın Azərbaycandakı Səfirliyinin nümayəndəliyinin və rayon ictimaiyyətinin iştirakı ilə Rumıniyanın Milli Mədəniyyət Gününə həsr olunmuş tədbir həyata keçirilir və bu dostluq əlaqələri gələcəkdə də uğurla davam etdiriləcəkdir.
Deputatlar Palatasının sədri cənab İon-Marçel Çolaku ölkələr arasında həyata keçirilən əməkdaşlıq əlaqələrindən söhbət açdı və ölkələr arasında dostluq və əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Bineqedi.com
Bir 10 kişi, ayakta duran insanlar, anıt ve açık hava görseli olabilirBir 2 kişi, ayakta duran insanlar, anıt ve açık hava görseli olabilirBir 5 kişi, ayakta duran insanlar, anıt ve açık hava görseli olabilirBir 6 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 6 kişi, ayakta duran insanlar, takım elbise ve açık hava görseli olabilirBir 7 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilirBir 7 kişi, ayakta duran insanlar ve açık hava görseli olabilir
Əvvəlki məqaləMəktəbdə şagirdlər arasında bıçaqlanma olub?
Növbəti məqalədəBinəqədidə 78 yaşlı kişini avtomobil vuraraq öldürüb