İcma sədri: “Sülh müqaviləsi imzalanarkən Qərbi Azərbaycan məsələsinə baxılmalıdır”

0
108
Baku-City-baki-azerbaijan

“Vətən müharibəsindən sonra Qərbi Azərbaycana qayıdış məsələsinin qaldırılması bütün Azərbaycan xalqının hədəfidir”.

Bineqedi.com saytı “Report”a istinadən xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov Milli Məclisin İnsan hüquqları komitəsinin “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.

O xatırladıb ki, Qərbi Azərbaycan İcması tərəfindən Qayıdış Konsepsiyası hazırlanıb:

“Bu sənəd də BMT-nin rəsmi sənədi kimi yayılıb”.

Nazir müavini qeyd edib ki, Qərbi Azərbaycana qayıdışla bağlı məsələdə populizmə yol vermək olmaz:

“Bu, milli məsələdir”.

“Hədəfimiz tarixi torpaqlarımıza qayıdışdır”.

Bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisdə “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda ictimai dinləmə zamanı deyib.

O xatırladıb ki, bununla bağlı Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da hazırdır:

“Son 200 ildə Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın milli hüquqları pozulub. Bütün bunlar Çar Rusiyasının Qafqazı işğalı və ermənilərin bu regiona köçürülmələri ilə başlayıb. Bununla da soydaşlarımız etnik təmizləmələrə məruz qalıblar”.

Qurum sədri bildirib ki, İrəvanın ermənilərə güzəştə gedilməsi böyük tarixi səhv idi və Azərbaycan Milli Şurasının həmin qərarı vermək hüququ yox idi:

“Həmin ərazilərin əhalisinin rəyi də nəzərə alınmamışdı. Eyni hal Zəngəzurun bölünməsində də yaşandı. Bu zaman da azərbaycanlıların rəyi soruşulmadı”.

“Sülh müqaviləsi imzalanarkən Qərbi Azərbaycan məsələsinə baxılmalı və beynəlxalq insan hüquqları təşkilatları qarşısında soydaşlarımızın problemləri qaldırılmalıdır”, – Ə.Ələkbərli vurğulayıb.

Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasını Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtması hüququ üzrə monitorinqə başlamağa çağırıb.

Bineqedi.com xəbər verir ki, barədə İcmanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ermənistanın öz ərazisindən azərbaycanlıları qovması və onların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına imkan verməməsi bu ölkənin insan hüquqları sahəsində Avropa Şurası çərçivəsində götürdüyü, o cümlədən, Avropa İnsan Hüquqları Konvensiyası və Milli Azlıqların Qorunması üzrə Çərçivə Konvensiyasından irəli gələn öhdəliklərinin ciddi şəkildə pozulmasıdır.

Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqları məsələsi Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu ölkənin öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsi üzrə monitorinq prosedurunun predmeti olmalıdır.

Bütün bunları nəzərə alaraq, Qərbi Azərbaycan İcması Avropa Şurasına Üzv Dövlətlər Tərəfindən Öhdəliklərin yerinə Yetirilməsi üzrə AŞPA Komitəsinin (Monitorinq Komitəsi) Ermənistan üzrə həmməruzəçiləri Kimmo Kilyunenə və Boriana Eberqə məktub göndərərək, onları Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtma hüququnun təmin edilməsi sahəsində Ermənistanın öhdəliyini yerinə yetirməsi üzrə monitorinq proseduruna başlamağa çağırıb.

Monitorinq proseduru çərçivəsində bu məsələyə spesifik şəkildə baxmaq Monitorinq Komitəsinin bir vəzifəsi olmaqla yanaşı, insan hüquqlarının universal və effektiv şəkildə tanınması və onlara riayət olunmasına, eləcə də davamlı sülh və təhlükəsizliyin bərqərar olunmasına böyük töhfə olardı.

Qeyd olunub ki, İcma bu mövzuda AŞPA Monitorinq Komitəsi ilə dialoqa hazırdır.

Bineqedi.com

Əvvəlki məqaləQadınların pensiya yaşının azaldılması təklif edilir
Növbəti məqalədəÜrək xəstəliklərindən ölənlərin sayı artıb – Bakı Baş Səhiyyə Mərkəzi məlumat yayıb