Binəqədidə sürücüyə qarşı quldurluq edilib

0
106
polis-bolmesi-dordundu-polis-bineqedi

Bakıda sürücüyə qarşı quldurluq edilib.

Bineqedi.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 11-də gecə saatlarında Binəqədi rayonu ərazisində “Chevrolet” markalı bir avtomobilə sərnişin qismində əyləşən şəxsin sürücünü bıçaqla hədələyib 20 manatını talaması barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluq əməlində şübhəli bilinən Abşeron rayon sakini Allahverdi Bədəlov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləXİN: “Ermənistanın bəyanatı təxribatları ört-basdır etmək məqsədi daşıyır”
Növbəti məqalədəBinəqədidə “Heydər Əliyevin təhlükəsizlik orqanlarında fəaliyyəti” mövzusunda gənclərlə görüş keçirilib