AEM: Apteklərdə iynə vuran, sistem qoşanlar məsuliyyət daşıyırlar – VİDEO

0
98
aptek-ogurluq-derman
Son zamanlar sosial şəbəkələrdə aktiv müzakirə olunan mövzulardan biri də halı pisləşən vətəndaşa apteklərdə iynə vurmağın mümkün olub-olmamasıdır. Vətəndaşların bir qismi bunun qadağan olduğunu, digərləri isə əgər söhbət insane həyatında gedirsə, vacib olduğunu söyləyir. Bəs özünü pis hiss edən vətəndaşa aptekdə necə yardım etmək olar?
Bineqedi.com
 xəbər verir ki, Analitik Ekspertiza Mərkəzinin Əczaçılıq müfəttişliyi şöbəsinin müfəttişi Elvin Nağıyev qeyd edib ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının qanunun müvafiq maddəsinə əsasən, aptek təşkilatlarında yalnız insan həyatı üçün təhlükə olan hallarda ilkin tibbi yardım göstərilə bilər.
“İlkin tibbi yardıma yalnız bədən hərarətinin, boyun və çəkinin, arterial təzyiqin ölçülməsi və qanda şəkərin miqdarının təyini kimi kiçik prosedurlar daxildir. Lakin bu prosedurlardan əlavə apteklərdə iynə vurulması, sistem qoşulması kimi halların tətbiq edilməsi yolverilməzdir. Bu kimi hallara yol verən aptek təşkilatları İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə inzibati məsuliyyət daşıyırlar”, – deyə o qeyd edib.
Bineqedi.com

Əvvəlki məqaləİdarəetməni itirən sürücü avtomobili divara çırpıb – VİDEO
Növbəti məqalədə“Regionda yaranmış yeni reallıqlar İranın yuxusuna haram qatıb”