Oqtay Əliyev dəfn olundu – VİDEO, FOTOLAR

0
173
oqtay-eliyev-defn.png

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Bineqedi.com saytı “Report”a istinadən xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində baş verib.

Belə ki, onun idarə etdiyi “Lexus 570 LX” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Toğrul Nəsirli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hadisə zamanı avtomobili O.Əliyev idarə edirmiş:

“Mərhumun həyat yoldaşı Dilarə xanım ilkin ifadəsində bildirib ki, bu gün saat 18:15-də avtomobillə Bakı-Sumqayıt yolunun “Vaz” dairəsi ilə Saray qəsəbəsi arasındakı hissəsində hərəkətdə olarkən  Oqtay Əliyev sükan arxasında özünü pis hiss edib. Onun səhhətində qəfil problem yaranıb və avtomobilin idarəetməsini itirib, nəticədə nəqliyyat vasitəsi maneəyə çırpılaraq yolun kənarına aşıb. O.Əliyevin hadisə yerində öldüyü məlum olub”.

“Oqtayın heç bir ürək xəstəliyi olmayıb. Ürəyindən əməliyyat da olunmayıb”.

Bunu “Qafqazinfo”ya açıqlamasında ötən gün avtoqəzada həlak olan Oqtay Əliyevin qardaşı Elçin Əlibəyli deyib.

Onun sözlərinə görə, qardaşının ölümünə qəza zamanı aldığı güclü zərbələr olub.

Qeyd edək ki, mərhumun qəzadan bir müddət öncə ürəyindən əməliyyat olunması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Avtoqəzada həlak olan tanınmış prodüser Oktay Əliyevlə vida mərasimində həyat yoldaşı Dilarə Əliyevanın halı pisləşib.

Ona dərhal təcili tibbi yardım biriqadası tərəfindən tibbi yardım göstərilib.

Dilarə Əliyeva ambulansla yaşadıqları binanın həyətindən çıxarılıb.

O. Əliyev “Qurd qapısı” qəbiristanlığında dəfn olunub.

Oqtay Əliyevin məzarı iki ay öncə vəfat edən Əməkdar artist Tünzalə Əliyevanın məzarının arxa hissəsində qazılıb. Eyni zamanda, burada Xalq artistləri Arif Quliyev, Rafiq Hüseynov (Rəmiş), Ramiz Novruz və digər mərhum sənətçilərin məzarları yerləşir.

Əvvəlki məqaləErmənilər yeni müharibəyə hazırlaşır… – Toqquşmalar OLACAQ
Növbəti məqalədəBir az da geciksək, vəziyyət lap pisləşəcək – Deputat TikTok-dan YAZDI