YAP Binəqədi rayon təşkilatında 31 mart soyqırımı ilə bağlı tədbir keçirilib – FOTOLAR

0
128
yap-bineqedi-teskilati.png
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 31 Mart – Azərbaycanlıların Soyqırımının ildönümünə həsr olunmuş tədbir keçirilib.
Bineqedi.com saytı xəbər verir ki, tədbir başlamazdan öncə ulu öndər Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmış qəhrəman oğul və qızlarımızın, eləcə də soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bir 6 kişi, oturan insanlar ve ayakta duran insanlar görseli olabilir
Tədbiri giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov 31 mart soyqırımı haqqında ətraflı məlumat verərək bildirib ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun”dan olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı tarixdə misli görülməmiş soyqırımı törədib.
Bir 6 kişi ve ayakta duran insanlar görseli olabilir
Soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Ermənistanın ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasəti, Xocalı soyqırımı, Azərbaycan Respublikasının digər rayonlarının işğalı və işğalın ağır nəticələri, işğal olunmuş ərazilərimizdəki mədəniyyət abidələrinin dağıdılması, xalqımıza qarşı yürüdülən bu etnik təmizləmə və soyqırımı mahiyyət etibarilə Ermənistanın separatçılıq, terrorçuluq siyasətinin tərkib hissəsidir.
Bir 8 kişi ve ayakta duran insanlar görseli olabilir
Tariximizə qanlı səhifə kimi həkk olunan bu soyqırım unudulmamalı, gələcək nəsillərə və dünya ictimaiyyətinə çatdırılmalıdır. Bu istiqamətdə dövlətimiz tərəfindən təxirəsalınmaz addımlar atılır və məhz ümumilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Vüsar İsmayılov çıxışında Vətən müharibəsindəki tarixi zəfərimizdən bəhs etdi. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruq” adı altında aparılan hərbi əməliyyatlar zamanı düşmən üzərində qazanılan qələbəmizin tariximizə qızıl hərflərlə yazıldığını vurğulayıb.
Bir 9 kişi ve ayakta duran insanlar görseli olabilir
Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə Ermənistan tarix boyu azərbaycanlılara qarşı soyqırımı və etniktəmizləmə siyasəti aparıb. O, ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətini müxtəlif dövrlərdə fərqli formalarda həyata keçirdiklərini, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd edib. Məqsəd azərbaycanlıları qədim torpaqlarından sıxışdırıb çıxarmaq, həmin ərazilərdə erməni tarixçilərinin uydurduğu “Böyük Ermənistan” dövləti yaratmaq idi. 31 mart soyqırımı isə erməni yaraqlıları tərəfindən həyata keçirilmiş və öz amansızlığı ilə seçilən misli görünməmiş vəhşilikdir. Erməni qəsbkarları hələ XIX əsrdə də, Xanlıqlar dövründə də qətliamlar törətmiş, əliyalın insanların ölümlərinə səbəb olmuşlar. Soyqırımdan bir əsr keçməsinə baxmayaraq həmin hadisələr hələ də tədqiq edilir, öyrənilir. 1918-ci il mart soyqırımı haqqında yetərincə kitablar çap edilir, tədqiqat işləri aparılır və bu məlumatları gələcək nəsillərə ötürmək bizim borcumuzdur. Sonda tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib.
Tədbirin sonunda gəncləri maraqlandıran suallar cavablandırılıb.
Bineqedi.com
Bir 5 kişi, ayakta duran insanlar ve oturan insanlar görseli olabilirBir 5 kişi, ayakta duran insanlar, oturan insanlar ve iç mekan görseli olabilir
Əvvəlki məqaləBinəqədi rayon 2 saylı Poçt filialının 106 saylı poçt şöbəsinin sabiq müdiri ilə bağlı YENİ İDDİA
Növbəti məqalədəBinəqədi rayonu Sulutəpə qəsəbəsində küçəni su basıb – VİDEO