Binəqədidə 10 yaşlı uşağı avtomobil vurub

0
190
bineqedi-tecili-yardim-qeza-bicaqlanma

Bakının Binəqədi rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.com saytının “Report”a istinadən məlumatına görə, avtomobil yolu keçən 2013-cü il təvəllüdlü Muradov Ariz Ayaz oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çənə sümüklərinin sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bineqedi.com

Əvvəlki məqaləBinəqədi rayonu Sulutəpə qəsəbəsində küçəni su basıb – VİDEO
Növbəti məqalədəPensiyaçıların sayı niyə bu qədər azalır? – STATİSTİKA