Binəqədidə elmi-praktik konfrans keçirilib – FOTOLAR

0
131
bineqedi-mekteb-ulu-onder-yuz-illik.png

Binəqədi rayonu  300 nömrəli tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının  100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda esse-yazı müsabiqəsinin rayon mərhələsinin yekunlarına həsr olunmuş elmi-praktik konfrans keçirilib.

Bineqedi.com xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova və digər rəsmi şəxslər iştirak edib.

Tədbirdən öncə qonaqlar məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.

Tədbirdə çıxış edən Sevinc Süleymanova bildirdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, milli həmrəylik və qəhrəmanlıq hisslərin aşılanması, onlarda  vətənpərvərlik ruhunun yüksəlməsi, Azərbaycanın tarixi qələbəsinin təbliğ edilməsi,  istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.

Konfransda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov tədbir iştirakşılarına ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu və siyasi fəaliyyəti barədə ətraflı məlumat verərək, dahi liderin keçdiyi şərəfli və mənalı həyat yolundan, dövlətimizin, xalğımızın bu günü üçün etdiyi fədakarlıqlardan söhbət açdı. Azərbaycan xalqı   müdrik dövlət xadimi Heydər Əliyevin əziz xatirəsini  hər zaman böyük ehtiramla yad edir, onun əziz xatirəsini daim uca tutur.

Müsabiqədə təqdim olunan 5 mövzu üzrə rayon ərazisində fəaliyyət göstərən 32 orta ümumtəhsil məktəbindən 173 nəfər şagirdin yazı işi daxil olub, birinci mərhələdə  iştirakçılardan 72 nəfərin yazı işi qənaətbəxş qəbul edilib, 10 nəfər şagirdin yazı işi isə rayon mərhələsinə vəsiqə qazanıb.

Müsabiqədə fərqlənən iştirakçılar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.

Bineqedi.com



Əvvəlki məqaləQərbi Azərbaycan İcması BMT-ni Ermənistana missiya göndərməyə çağırıb
Növbəti məqalədəBinəqədidə məktəbdə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib – FOTOLAR