“Uşaq bağçalarında çalışan tərbiyəçi-müəllimlərin sertifikasiyadan keçirilməsi ilə bağlı Elm və Təhsil Nazirliyində işlərə başlanılıb”.
Bineqedi.com saytı xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarə olunması sektorunun müdiri İlahə Rəsulova deyib.
Onun sözlərinə görə, bununla bağlı, ilk növbədə, müvafiq normativ sənədlərin hansı formada hazırlanması müəyyənləşməlidir: “Bu istiqamətdə nazirlikdə işlərə başlanılıb. Hədəf 2026-cı ilədək bütün tərbiyəçi-müəllimlərin sertifikasiyadan keçirilməsidir”.
Bu il üçün Elm və Təhsil Nazirliyinə ayrılan dövlət büdcəsi hesabına bir sıra bağçalarda müşahidə kameralarının quraşdırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, standartlarda müşahidə kameralarının olması ilə bağlı hər hansı müddəa yoxdur: “Lakin bağçalara ümumi nəzarət və uşaqların təhlükəsizliyi baxımından vacib amildir”.
“Uşaq bağçalarında valideynlərdən pul tələb edilməsi halları olarsa, aidiyyəti üzrə müraciət edilməsi xahiş olunur. Çünki bu kimi faktlarla qarşılaşdıqda ona dərhal reaksiya veririk”.
O bildirib ki, bu kimi hallarla bağlı nazirliyə müraciətlər olur və məsələ operativ şəkildə araşdırılır.
Bineqedi.com