Bakıda Pakistan vətəndaşları oğurlanıblar.
APA xəbər verir ki, Pakistan İslam Respublikasının vətəndaşları 2003-cü il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı Binəqədi RPİ-nin 5-ci PB-nə ərizə ilə müraciət edərək bildiriblər ki, Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri Pakistan İslam Respublikasının vətəndaşları 1996-cı il təvəllüdlü Mukhtar Mohsin, 1988-ci il təvəllüdlü Abbas Muhammad və 1996-cı il təvəllüdlü Muzammil Muhammad onları Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılayıb, onları taksi fəaliyyəti göstərmək adı ilə Binəqədi rayonu, Azadlıq prospekti, ev 192/30, mənzil 20 ünvanında yerləşən, 1992-ci il təvəllüdlü Ayxan Məzahir oğlu Ağazadəyə məxsus mənzilə gətirərək, əl-qollarını kəndirlə bağlayıb döyüblər. O cümlədən kəsici alətlə hədə-qorxu gələrək üzərlərində olan 1500 ABŞ dollarını və 400 Avro pullarını ələ keçiriblər.
Bundan başqa, azad olunmaları müqabilində əlavə 20 min ABŞ dollarının verilməsini onlardan hədə-qorxu ilə tələb ediblər.
Faktla bağlı Binəqədi RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-in 144.2.3, 144.2.4, 144.2.5, 144.2.6, 181.2.1, 181.2.5, 182.2.1 və 182.2.3-cü maddələri ilə cinayət işi başlanılıb.
Pakistan vətəndaşlarını oğurlayaraq pul tələb edən şəxslər tutulublar.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, əməli törətməkdə şübhəli şəxslər saxlanılaraq istintaqa cəlb olunublar.
Hazırda zəruri istintaq hərəkətləri aparılır.