Binəqədidə avtomobillərdən 7000 manatlıq oğurluq olub

0
109
bineqedi-besinci-polis-bolmesi

Bakıda avtomobillərdən 7000 manatlıq oğurluq olub.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində “Toyota” və “Mitsubishi” markalı 3 avtomobildən 7000 manat dəyərində səsboğucularını oğurlamaqda şübhəli bilinən Şuşa şəhər sakini Zaur Mədətzadə saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləBakı Nəqliyyat Agentliyinin fəaliyyətinə xitam verilir
Növbəti məqalədəErmənistan növbəti kapitulyasiya astanasında – Rusiyadan İrəvana TƏRS SİLLƏ