Binəqədidə yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun “Baksoll” deyilən ərazisində qeydə alınıb.
Belə ki, axşam saatlarında Kamaz markalı yük maşını aşaraq yolu bağlayıb. Nəticədə gediş-gəlişdə ciddi manelər yaranıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, məsələdən xəbərdardırlar: “Hadisə yeni olub. Lazımi tədbirlərin görülməsi üçün əraziyə bütün əməkdaşlarımızı səfərbər etmişik.


