Binəqədidə dəhşətli qəza – 3 nəfər öldü

0
165
bineqedi-qeza

Ötən gecə Bakı şəhər Binəqədi rayonu ərazisində ağır yol qəzası baş verib.

Bineqedi.com saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Beynəlxalq Avtovağzalının qarşısında – Biləcəri qəsəbəsi ərazisində “Nissan” markalı minik avtomobili “Shacman” markalı yük maşınına çırpılıb.

Nəticədə “Nissan”da olan şəxslərdən 3 nəfər hadisə yerində vəfat edib, 1 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərin yaxın qohum olduğu bildirilir.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Bineqedi.com

Əvvəlki məqaləFransanın XİN başçısı Bakıya niyə gəlir?
Növbəti məqalədəBinəqədidə gəlinini doğrayıb zibilliyə atan qayınata cəzasının yüngülləşdirilməsini istəyir