Binəqədinin qabaqcıl təhsil ocağı – 244 nömrəli tam orta məktəb

0
135
yehya-abbasov-mekteb-bineqedi

Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində fəaliyyət göstərən 244 №-li tam orta məktəb 1968-ci ildə istifadəyə verilib. Bineqedi.info xəbər verir ki, məktəb Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Əsəd Ələskərovun adını daşıyır. Bu təhsil ocağı bir tipli layihə əsasında inşa edilib, 1700 yerlikdir. Məktəbdə 99 sinif otağı, fizika, kimya, biologiya, GÇH kabinetləri və 3 informatika sinfi var. Məktəbin ümumi sahəsi 16272 kv.m-dir. Məktəb iki korpusdan ibarətdir. Məktəbin 200 yerlik akt zalı və 1 idman zalı var, 2012-ci ildə əsaslı təmir edilib və 2013-cü ildə 640 yerlik tədris korpusu tikilib. Məktəbdə 1782 şagirdin təlim-tərbiyəsi ilə 165 müəllim məşğul olur və 75 sinif komplekti var. Müəllimlərin 151-i ali təhsilli, 14-u isə orta ixtisas təhsillidir. Məktəbdə tədris azərbaycan və rus dilində aparılır.

Məktəbin direktoru Yəhya Abbasovdur.

yehya-abbasov-bineqedi

Yəhya Abbasov Təhsil Nazirliyinin “Qabaqcıl təhsil işçisi” döş nişanı, 2011-ci ildə Azərbaycan Respublikasi Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.

Y. Abbasov həmçinin fəlsəfə üzrə fəlsəfə doktorudur.

yehya-abbasov-bineqedi1

Məktəbin ibtidai sinif müəllimi Almaz İsmayılova 2014-cü ildə “Əməkdar müəllim” adına layiq görülüb. 2009-cu ildə məktəb “Ən yaxşı məktəb” müsabiqəsinin qalibi olub və həmin il məktəbin 3 müəllimi – Xurşid Həsəmova, Bahar Kərimova, Almaz İsmayılova “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olublar.

yehya-abbasov-bineqedi-mekteb-direktor

Məktəb artıq 17 ildir ki, Binəqədi rayon məktəbləri arasında keçirilən spartakiadanın qalibi olur.

Məktəbin geniş yaşıllıq sahəsi var. Yaşıllıq sahəsinə daimi qulluq olunur, yenilərinin əkilməsi davam etdirilir. İndiyədək bu sahəyə 1000-ə yaxın zeytun, şam, çinar, kiparis, meyvə və bəzək kolları əkilib.

Bineqedi.info

Əvvəlki məqaləBinəqədinin 28 May qəsəbəsi barədə nə bilirik?
Növbəti məqalədəBinəqədidə futbolçunun evindən oğurluq edən şəxslər saxlanılıb