Binəqədidə 45 yaşlı kişi qətlə yetirildi, ögey oğlu saxlanıldı – VİDEO

0
230
bineqedi-polis-cinayet-qetl-xuliqanliq1

Binəqədidə 45 yaşlı kişi qətlə yetirilib.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, mayın 8-də saat 22 radələrində paytaxtın Binəqədi rayonu Rəsulzadə qəsəbəsində evlərin birində 1978-ci il təvəllüdlü Rahib Telman oğlu Mehdiyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, R.Mehdiyevin ögey oğlu, 2002-ci il təvəlldlü Elgün Nəbi oğlu Abbasov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləFaşizm üzərində qələbədən 78 il keçir
Növbəti məqalədəBinəqədidə içərisində avtomobillər olan cərimə meydançası niyə sahibsiz qalıb? – VİDEO