Beynəlxalq Ailə Günü münasibətilə Binəqədi rayonda Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati dairələri üzrə nümayəndəliyinin, bələdiyyələrin əməkdaşları rayon ərazisindəki qəsəbələrdə, mikrorayonlarda yaşayan 60 ilə yaxın birlikdə ömür sürmüş, cəmiyyətdə nüfuz qazanmış bir neçə nümunəvi ailəni ziyarət etdilər.
Bineqedi.com saytı xəbər verir ki, gənc nəslə nümunə olan bu ahıllar uzunömürlü nigahlarının sirrlərini bölüşdülər. Bu nümunəvi ailələrimizin üzvlərinə cansağlığı və xoşbəxtlik arzu edirk!
Bineqedi.com





















