Araşdırmalar zamanı müəllimin şagirdi döyməsi hadisəsinin cari ilin yanvar ayında baş verdiyi müəyyən olunub.
Bineqedi.com xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev deyib.
O bildirib ki, hazırda müəllim və şagirdin valideynləri Sumqayıt Şəhər Polis İdarəsinə dəvət olunublar:
“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.
Həmin videogörüntüləri təqdim edirik: