Binəqədidə 55 yaşlı kişini avtomobil vuraraq öldürüb

0
138
polis-cinayet-bineqedi

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Bineqedi.com saytı Lent.az-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsi “DSK” yolu adlanan yerdə qeydə alınıb.

2002-ci il təvəllüdlü Vüsal İsa oğlu Piriyev idarə etdiyi BYD markalı avtomobillə piyada – 1968-ci il təvəllüdlü Kərəm Əhməd oğlu Fərzəliyevi vurub.

Piyada xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb.

Bakının Binəqədi rayonunda 35 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi də baş verib.

1988-ci il təvəllüdlü Səttarxan Məhəbbət oğlu Mirzəzadənin idarə etdiyi motosiklet avtomobillə toqquşub. Hadisə zamanı S.Mirzəzadə xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Binəqədidə daha bir hadisə isə qadının intihara cəhdi ilə bağlıdır.

Hadisə Binəqədi rayonu İ.Dadaşov küçəsində baş verib. 63 yaşlı Əminə Novruz qızı Novruzova yaşadığı evin hamam otağında özünə bıçaqla xəsarət yetirib.

Onun uzun müddətdir ki, psixi xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Məlumata görə, Ə.Novruzova rəfiqəsi onun zənginə cavab vermədiyi üçün özünə xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləİyunda 7 gün ardıcıl iş olmayacaq – Qərar
Növbəti məqalədəSülhməramlıların müşayiəti altında ermənilərin qanunsuz daşımaları davam edir – VİDEO