Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfər edib

0
181
prezident-ilham-eliyev

Prezident İlham Əliyev bu gün Kəlbəcər rayonuna səfər edib.

Bineqedi.com xəbər verir ki, dövlət başçısı Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində, “Azərenerji” ASC-nin “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib.

Prezident İlham Əliyevə uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və uzunluğu 76 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlər barədə məlumat verilib.

Dövlət başçısı Kəlbəcərdə Hərbi hospitalın açılışında, yaşayış məhəlləsinin və 960 şagird yerlik məktəbin təməlqoyma mərasimlərində də iştirak edib.

Əvvəlki məqaləZəngilanda tutulan erməni diversantların adları açıqlandı – Cinayət işi açıldı
Növbəti məqalədəBinəqədidə narkotiklərin satışı ilə məşğul olan kişi və qadın saxlanılıb – VİDEO