Binəqədidə 2 hektar ərazi yandı – Video

0
49

Bu gün Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

Bineqedi.com saytı FHN-ə istinadən xəbər verir ki, “112″ qaynar telefon xəttinə Əliyar Əliyev küçəsinin Binəqədi rayonu ərazisinə düşən hissəsində boş ərazidə yanğın olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində məişət tullantıları və quru ot 2 ha sahədə yanıb. Ərazinin plastikdən ibarət hasarı, ağaclar və ətraf ərazilər yanğından mühafizə olunub.

 

Əvvəlki məqalə“Fransa BMT Təhlükəsizlik Şurasının nüfuzuna xələl gətirir”
Növbəti məqalədə“Bəzi riyaziyyat müəllimləri çubuqlu bölməni edə bilmir” – Nazir