Binəqədidə cəsədi aşkarlanmış şəxsin qəsdən öldürülməsi müəyyənləşdirilib

0
116
bas-prokurorluq-bina

İyulun 5-i saat 17 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində 1997-ci il təvəllüdlü Saleh Sadıqovun çürümüş meyitinin aşkarlanması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bineqedi.com saytı xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, prokurorluq və polis əməkdaşlarının hadisə aşkar olunduqdan sonra isti izlər əsasında keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkmişin iyunun 25-i saat 01 radələrində 1988-ci il təvəllüdlü Anar Cəfərov tərəfindən aralarında yaranmış mübahisə zamanı qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Anar Cəfərov cinayət işi üzrə şübhəli şəxs qismində tutulub.

İstintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əvvəlki məqalə7-ci mikrorayonda restoranda dava zamanı iki nəfər bıçaqlanıb
Növbəti məqalədəİlham Əliyevin liderlik formulu – Güclü və haqlı