Prezident İlham Əliyevin rəsmi elektron poçtuna Azərbaycanın müxtəlif şəhər və rayonlarından, qəsəbələrindən, kəndlərindən məktublar gəlir.
Bineqedi.com saytı paytaxtın Binəqədi rayon sakinlərinin Prezindentə ünvanladığı məktubları təqdim edir:
“Hörmətli cənab Prezident.
Ölkəmizdə gedən quruculuq işlərinə, xalqa verdiyiniz dəyərə və doğma diyarımızda yaratdığınız gözəlliklərə görə Sizə dərin təşəkkürümü bildirirəm.
Qarabağda gördüyünüz işlər böyük canlanmaya səbəb olub. İndi təkcə işğaldan azad olunan torpaqlarda deyil, respublikamızın bütün şəhər və rayonlarında genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri aparılır, səliqə-sahman yaradılır. Görülən işlər şəhər, qəsəbə və kəndlərimizin simasının daha da yaxşılaşdırılmasına, baxımlı olmasına xidmət edir.
Bütün bunlara görə Sizə minnətdarıq. Allahdan Sizə cansağlığı və uğurlar diləyirəm.
Hörmətlə,
Mustafayeva Şəfiqə Tofiq qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.
“Hörmətli cənab Prezident.
Mən bir hərbçi anası olaraq, Sizin xalqımıza, xüsusən də hərbçilərimizə göstərdiyiniz qayğıya görə həmişə çox şad olmuşam. Ona görə də mənim övladlarım Vətənə xidmət etməyə və onun keşiyini çəkməyə üstünlük verirlər.
Siz hər zaman bir məmuru vəzifəyə təyin edəndə, birinci növbədə, onun işinin xalqa xidmət olduğunu bildirir və ona vətəndaşların problemlərini həll etməyi tapşırırsınız. Mən bir hərbçi anası olaraq, Sizin bu tapşırıqlarınızın müsbət nəticəsini bu yaxınlarda özüm əyani şəkildə gördüm. Getdiyim dövlət qurumunda hörmətlə qarşılanıb qəbul edildim, problemim diqqətlə dinlənildi və həll olundu. Mən bu qayğıkeş münasibətdən çox sevindim və ona görə də Sizə minnətdarlıq məktubu yazmaq qərarına gəldim.
Cənab Prezident, bu işlər Sizə və dövlətimizə böyük inam yaradır.
Ulu Tanrı birliyimizi daha da möhkəm etsin!
Hörmətlə,
Hacıyeva Mahirə, hərbçi anası.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi”.
“Hörmətli cənab Prezident.
Mən bir gənc vətəndaş kimi fəxr edirəm ki, Sizin kimi Prezidentimiz var. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi, təhsil millətin gələcəyidir. Ulu Öndərin və Sizin təhsilimizə verdiyiniz dəyər danılmazdır.
Cənab Prezident, mən Azərbaycan Texniki Universitetində təhsil alıram. Universitetimizdə yaradılan şərait təhsil sahəsinə göstərdiyiniz diqqət və qayğının bariz nümunəsidir. Nə yaxşı ki, varsınız, cənab Prezident!
Sizə, ailənizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.
Tanrı Sizi və ailənizi qorusun!
Hörmətlə,
Quliyev İlkin, Azərbaycan Texniki Universitetinin tələbəsi.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu”.