“Peyvənd olunmayan uşaqlar müəyyən epidemiya dövrləri ərzində bir sıra yoluxucu xəstəliklərlə üz-üzə qalırlar”.
Bineqedi.com saytı xəbər verir ki, bu barədə Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən hazırlanan maarifləndirici videoçarxda sahə həkimi Aygün Cəfərli bildirib.
Peyvənd olunan və olunmayan uşaqlar arasında fərqlərdən danışan həkim qeyd edib ki, uşaqlar doğulandan 12 saat müddətində və 6 yaşınadək mütəmadi olaraq immunizasiya olunurlar:
Müəyyən qrup uşaqlar da var ki, onlar peyvənd olunmurlar və müəyyən epidemiya dövrləri ərzində bu xəstəliklərlə üzbəüz qalırlar. Təbii ki, bu, uşaqların valideynlərinin peyvənddən imtinaları ilə əlaqədardır. Belə ki, bu uşaqlar yoluxucu xəstəlikləri ağır keçirirlər və hətta bu, ölümə də səbəb ola bilər. Ona görə də hər bir valideyn mütləq şəkildə anlamalıdır ki, övladını vaxtlı-vaxtında, zəncirvari immuniteti qırmamaq şərti ilə immunizasiya etsin”.

















